XƏBƏRDARLIQ: “Rusiya və NATO arasında qarşıdurma riski var”
Bizi izləyin

Dünya

XƏBƏRDARLIQ: “Rusiya və NATO arasında qarşıdurma riski var”

“Türkiyə-Suriya sərhədində Rusiya və NATO arasında qarşıdurma riski var”.

Publika.azhaber7.com” saytına istinadən xəbər verir ki, bunu Hollandiyada səfərdə olan Türkiyənin baş naziri Əhməd Davudoğlu bu ölkənin NOS telekanalına açıqlamasında deyib.

“Rusiya təhlükəli oyun oynayır. Rusiya Gürcüstan və Ukraynaya müdaxiləsində də bunu göstərdi. Türkiyə-Suriya sərhədində Rusiya ilə NATO-nun qarşıdurma riski var”, - baş nazir bildirib.

Türkiyənin Suriyaya hərbi müdaxiləsinə gəlincə, Davudoğlu ölkəsinin belə bir planının olmadığını vurğulayıb: “Türkiyənin beynəlxalq hüquqa hörməti var. Ancaq bizə hücum olarsa, bunun cavabını verərik”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm