Klinikadakı intihar canlı yayımlandı - VİDEO
Bizi izləyin

Dünya

Klinikadakı intihar canlı yayımlandı - VİDEO

İşveçredə eftanaziya klinikasında intihar edən adamın ölümü canlı olaraq yayımlanıb.

Publika.az xəbər verir ki, BBC kanalında “Necə ölməli?” proqramında 57 yaşındakı iş adamının son anlarının canlı yayımlanması sərt reaksiya ilə qarşılanıb.

Ölümcül xəstəliyə tutulan Simon Binner eftanaziya klinikasında ölümcül dozada dərman verilərək öldürülüb. Onun həyatının son anları 1,2 milyondan çox adam tərəfindən izlənilib.

Qeyd edək ki, eftanaziya ağır, sağalmaz vəziyyətdə olan xəstələrin öz istəyi ilə həyatlarına son qoyulmasıdır. Bu termin “asan ölüm” kimi ilk dəfə XVI əsrdə elmə gətirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm