“Vəhşi mələk” ruslara olan sevgisini belə etiraf etdi – FOTOLAR
Bizi izləyin

Dünya

“Vəhşi mələk” ruslara olan sevgisini belə etiraf etdi – FOTOLAR

“Vəhşi mələk” serialının məşhur ulduzu Natalya Oreyro Rusiyada çox sevilir. Müğənni və aktrisa bu ölkədə mütəmadi olaraq konsert proqramları ilə çıxış edir.

Publika.az xəbər verir ki, bu il Natalya nəhayət ki, çoxdankı arzusunu həyata keçirib. Belə ki, ulduz “Las Oreiro” adı altında istehsal etdiyi brendin növbəti geyim xətlərinin birini Rusiyaya həsr edib. Rusiyaya həsr olunan kolleksiyada qırmızı rəng və güllər üstünlük təşkil edir. Çox güman ki, Natalya bu kolleksiyada rus qadanın seksuallığını, emosionallığını və cazibəsini vurğulamaq istəyib.

Yeni kolleksiyanın reklam kampaniyasında aktrisanın özü çəkilib. O, fotosessiyada başına qırmızı gül çələngi taxıb, ənənəvi rus sarafanı geyinib və əlinə bəzəkli balalayka alıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm