Dünya
Merkel “Kürdüstan”a veto qoydu - VİDEO
Almaniyanın baş naziri Angela Merkel Şimali İraq regional kürd rəhbərliyinin müstəqillik istəyinə qarşı çıxıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Merkel iraqlı həmkarı Haydar əl-İbadi ilə Berlində görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında kürdlərin İraq sərhədlərinin daxilində qalmalı olduğunu söyləyib.
Merkel Almaniyanın kürd bölgəsini İraq dövlətinin bir parçası olaraq gördüyünü söyləyib. İraqın ərazi bütövlüyünün qorunmasının lazım olduğunu vurğulayan Almaniyanın baş naziri İŞİD-lə mübarizədə peşmərgə güclərinə bundan sonra da dəstək verəcəyini deyib.
İraqın baş naziri Şimali İraq regional kürd rəhbərliyini Bağdaddakı mərkəzi hökumətlə əməkdaşlığa çağırıb. O, İraqın bölünməsinin heç kimin maraqlarına cavab verməyəcəyini bildirib.
Qeyd edək ki, kürd muxtariyyətinin başçısı Məsud Bərzani ötən həftə verdiyi açıqlamasında müstəqillik üçün referendumun keçirilməsinin vaxtının gəldiyini bildirib. Lakin o, nəzərdə tutulan referendum üçün konkret tarix açıqlamayıb.
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ