NATO-dan Gürcüstana dəstək
Bizi izləyin

Dünya

NATO-dan Gürcüstana dəstək

Fevralın 11-də NATO-nun baş qərargahında NATO-Gürcüstan komissiyasının iclası keçirilib. İclas NATO ölkələri müdafiə nazirlərinin toplantısı çərçivəsində baş tutub.

Təşkilatın baş katibi Jens Stoltenberg çıxışında Gürcüstanın ərazi bütövlüyü və bu ölkədə keçirilən islahatları dəstəkləyib. O deyib ki, Gürcüstan, sərhədləri beynəlxalq aləm tərəfindən tanınmış müstəqil ölkədir və Rusiya yenidən onun sərhədlərini pozmaqda davam edir.

Stoltenberg Rusiyanı Gürcüstanın separatçı bölgələri Abxaziya və Cənubi Osetiyanı müstəqil ölkələr kimi tanımaqdan imtina etməyə çağırıb.

Qeyd edək ki, Rusiya 2008-ci ilin avqustunda Gürcüstanla qısa müharibədən sonra bu separatçı bölgələri müstəqil ölkə kimi tanıyıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm