NATO miqrant böhranının həllində iştirak edəcək
Bizi izləyin

Dünya

NATO miqrant böhranının həllində iştirak edəcək

Qaçaqmalçıları insan daşınmasından çəkindirmək məqsədilə Egey dənizində NATO gəmiləri yerləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə Alyansın baş katibi Jens Stoltenberg bildirib. O deyib ki, məsələ Brüsseldə keçirilən NATO toplantısında müzakirə olunub.

Türkiyə, Almaniya və Yunanıstan alyansın qanunsuz miqrant daşınması əleyhinə əməliyyata qatılmasını istəyib.

Stoltenberg qeyd edib ki, əməliyyat miqrant gəmilərini saxlamaq və yaxud da geri yollamaq məqsədi güdmür. NATO əməliyyata öz töhvəsini insan qaçaqmalçılığının qarşısının alınması üçün müşahidə və kritik məlumat şəklində verəcək.

Baş katib əlavə edib ki, bu qərar humanitar böhranın həllində Türkiyə ilə Yunanıstana kömək edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm