Con Kerri: “Suriya müxalifəti ilə Əsəd arasında atəşkəs əldə olunub”
Bizi izləyin

Dünya

Con Kerri: “Suriya müxalifəti ilə Əsəd arasında atəşkəs əldə olunub”

ABŞ xarici işlər naziri Con Kerri Almaniyada keçirilən Suriya konfransında çıxışı zamanı Bəşər Əsəd hakimiyyətinin bir həftə ərzində müxalifətlə atəşkəs əldə olunması ilə bağlı razılığa gəldiyini bəyan edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, C.Kerri bəyan edib ki, atəşkəslə bağlı razılığın ilk işi Suriyada müxalifətə humanitar yardımları artırmaq və bu yardımların onlara çatmasını təmin etməkdir: “Daha sonra isə ölkədə vətəndaş müharibəsinin bitməsini təmin etməkdir. Biz bu istiqamətdə artıq razılıq əldə etmişik. Kiməsə bu iddialı görünə bilər. Ancaq hər kəs Suriyada sabitliyin bərqərar olmasında maraqlı olmalıdır. Suriyada artıq 5 ildir ki, vətəndaş müharibəsi gedir. İndi isə bu müharibənin dayandırılması üçün fürsət yaranıb. Qarşıdakı bir neçə gün ərzində bu istiqamətdə səmərəli addımlar atılmalıdır”.

Qeyd edək ki, bu gün Almaniyanın Münhen şəhərində işə başlayacaq beynəlxalq təhlükəsizlik konfransının əsas müzakirə mövzularından biri də Suriya problemi ilə bağlı olacaq.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm