Murat Karayılan öldürülüb, yoxsa tutulub? - İDDİA
Bizi izləyin

Dünya

Murat Karayılan öldürülüb, yoxsa tutulub? - İDDİA

PKK terror təşkilatının Qəndildəki lideri Murad Karayılan İraqın Mosul şəhərində tutulub.

Publika.az xəbər verir ki, bu iddia ilə Türkiyənin bəzi qəzetləri və saytları çıxış ediblər.

İddiaya görə, “Camal” kod adlı Murad Karayılan Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) Əməliyyat Dairəsi tərəfindən tutulub və Türkiyəyə gətiriləcək.

Sosial şəbəkələrdə həmçinin PKK liderinin öldürüldüyü barədə iddialar səsləndirilir. Lakin bu iddialar indiyə kimi Türkiyə hökuməti tərəfindən nə təsdiq, nə də təkzib olunub.

PKK qaynaqlarında da Murad Karayılanın tutulması ilə əlaqədar hər hansı bir şərh verilməyib. PKK liderinin tutulduğu deyilən Mosul şəhəri isə hazırda İŞİD terror təşkilatının əlindədir.

Qeyd edək ki, 2011-ci ildə də Karayılanın tutulması barədə xəbərlər çıxmışdı. “TRT Haber” PKK liderinin İranda bir qrup PJAK (PKK-nın İran qolu) üzvü ilə birlikdə tutulduğunu bildirmişdi. Ancaq sonradan tutulan şəxsin “Camal” kod adlı Murad Karayılan deyil, “Cəmil” kod adlı Murad Karasaç olduğu ortaya çıxıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm