Kremlin “III Dünya müharibəsi”nə cavab: “Yalnız A planımız var”
Bizi izləyin

Dünya

Kremlin “III Dünya müharibəsi”nə cavab: “Yalnız A planımız var”

ABŞ Dövlət Departamentinin mətbuat katibi Mark Toner Rusiyanın baş naziri Dmitri Medvedevin “III Dünya müharibəsi” xəbərdarlığına cavab verib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Mark Toner Rusiyanı Suriyada vəziyyəti daha da pisləşdirməkdə və siyasi həll axtarışlarına mane olmaqda ittiham edib.

“Rusiyanın Əsəd rejiminə dəstək verməsi və Hələbi mühasirəyə alması vəziyyəti daha da pisləşdirir və siyasi həll axtarışlarını çətinləşdirir”, - Toner bildirib.

O, həmçinin ABŞ-ın gündəliyində hazırda yalnız A planının olduğunu deyib: “Hazırda bizim masamızda yalnız A planı var. Münhendə bu plan müzakirə olunur”.

Qeyd edək ki, Rusiyanın baş naziri Dmitri Medvedev Almaniyanın “Handelsblatt” nəşrinə müsahibəsində Suriya mövzusunda razılıq əldə olunmayacağı halda yeni bir dünya müharibəsinin başlaya biləcəyini bildirib.

“Yeni bir dünya müharibəsinə başlamaqdansa, Suriyadakı müharibəni başa çatdırmaq üçün bütün güclər müzakirə masasına oturmalıdır. Amerikalılar və ərəb partnyorlarımız yaxşı düşünməlidir: uzunmüddətli müharibə istəyirlərmi? Belə bir müharibədə çox tez qalib gəlmək mümkün deyil. Xüsusilə, hər kəsin hər kəsə qarşı döyüşdüyü ərəb dünyasında”, - Medvedev bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm