Gülən hərəkatı hökuməti devirməyə cəhd göstərir
Bizi izləyin

Dünya

Gülən hərəkatı hökuməti devirməyə cəhd göstərir

Gülən hərəkatı hökuməti devirməyə cəhd göstərir

Fətullah Gülən [hazırda ABŞ-da yaşayan din xadimi] hərəkatı hökuməti devirməyə çalışır. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Baş nazirin müavini Bülənt Arınç deyib.

Onun sözlərinə görə, bu hərəkat özünün dini istiqamətini dəyişərək siyasiləşib: "Əgər Gülən hərəkatı siyasətə qarışırsa, onda hökumət ona qarşı siyasi yolla mübarizə aparacaq".

B.Arınç həmçinin qeyd edib ki, F.Gülən hərəkatının tərəfdarları bazar günü keçiriləcək bələdiyyə seçkilərində hakim partiyaya qarşı səs verəcəklər.

Qeyd edək ki, bir müddət əvvəl Baş nazir Rəcəb Tayyib Ərdoğan F.Güləni Türkiyənin daxili işlərinə qarışmamağa çağırmış, ABŞ-ı isə onun dəstəkləməkdə ittiham etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm