İŞİD-in son qalasına hücum başlayır
Bizi izləyin

Dünya

İŞİD-in son qalasına hücum başlayır

İraq ordusu İŞİD terror təşkilatının əlində olan Mosul şəhərinin azad edilməsi üçün son hazırlıqlara başlayıb.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ağır silahlarla təchiz edilmiş 4 briqada Mosul şəhərinin 60 kilometrliyindəki Mahmur mahalında yerləşdirilib.

“Ninova Ortaq Əməliyyatlar Komandirliyi” bazasında mövqe tutan briqadalarda ümumilikdə 4500 hərbçi var. Briqadalar Bağdad, Ənbar və Səlahəddin vilayətlərindən gəlib. Bazanın rəhbəri Neçim Cuburi əməliyyata başlamaq üçün İraqın baş naziri Haydar əl-İbadinin əmrini gözlədiklərini deyib.

Mosulun İŞİD-in İraqdakı son qalası olduğunu deyən Neçim Cuburi beynəlxalq koalisiya güclərinin əməliyyata dəstək verəcəyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm