NATO-nun ən böyük gücü Gürcüstana gəlir
Bizi izləyin

Dünya

NATO-nun ən böyük gücü Gürcüstana gəlir

Şimali Atlantika İttifaqının (NATO) 4 hərbi gəmisi 15 fevral tarixinə qədər Gürcüstanın Batumi limanında olacaq.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Acarıstan Muxtar Respublikasının baş naziri Arçil Xabadze jurnalistlərə açıqlamasında deyib.

Səfər zamanı birgə hərbi təlimlərin keçirilməsi planlaşdırılır. Bu, müstəqillik dönəmində Gürcüstana gələn NATO-nun ən böyük heyəti olacaq.

NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində Gürcüstan və NATO arasında əməkdaşlıq 1994-cü ildə başlayıb. Əməkdaşlıq 2004-cü ildə baş verən “Qızılgül inqilabı”ndan sonra daha da intensivləşib.

NATO-ya üzvlük perspektivi Gürcüstan üçün ittifaqın 2008-ci ilin aprel ayında keçirilən Buxarest sammitində açılıb. Almaniya və Fransanın etirazlarından sonra Tiflis NATO-ya üzvlük üzrə Fəaliyyət Planını ala bilməyib. Bundan sonra isə 2008-ci ilin avqust ayındakı Gürcüstan-Rusiya müharibəsi və ardınca Abxaziya ilə Cənubi Osetiyanın müstəqilliyinin tanınması bu məsələni gündəlikdən çıxarıb. İttifaqın Çikaqoda 2013-cü il keçirilən sammitində yenidən bəyan olundu ki, NATO-nun qapıları Tiflis üçün açıqdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm