• USD 1,7000 0,00% EUR 1,8808 -0,11%
    • GBP 2,1958 -0,09% RUB 0,0267 +0,37%

Yaxın Şərqin “qılınc”ı öldürüldü: Putinə xilas planı vermişdi – VİDEO

  • Dünya
  • 12 Fevral 2016 16:27
  • 9 080 Baxış
Yaxın Şərqin “qılınc”ı öldürüldü: Putinə xilas planı vermişdi – VİDEO

İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) tərkibindəki “Əl-Qüds” xüsusi elit bölmənin komandiri general Kasım Süleymani Suriyanın Türkməndağı bölgəsində həyata keçirilən əməliyyatda öldürülüb.

Publika.az xəbər verir ki, bu iddia ilə Türkiyənin “Bugün” nəşri çıxış edib.

Məlumata görə, Kasım Süleymani müxalifət güclərinin təşkil etdiyi hücumda öldürülüb. Əməliyyatın dünən keçirildiyi bildirilir. İranlı general ötən il Hələbdə müxalifət güclərinin təşkil etdiyi hücumda ağır yaralanmışdı.

Ötən həftə Türkməndağı bölgəsində keçirilən toplantıda 4-ü rusiyalı və 4-ü iranlı general olmaqla 15 hərbçi müxalifət güclərinin hücumunda öldürüldüyü bildirilmişdi.

Qeyd edək ki, Suleymani “Əl-Qüds” bölməsindən əlavə İranın xaricində hərbi və gizli əməliyyatların keçirilməsi ilə məşğul olan xüsusi təyinatlı dəstəyə rəhbərlik edirdi. Bildirilir ki, “Əl-Qüds” “Həmas" və “Hizbullah” təşkilatlarına hərbi dəstək göstərir. Qərbin versiyasına görə, məhz Suleymani 2012-ci ildən başlayaraq Suriya prezidenti Bəşər Əsədə müxalifətin əlindəki bir sıra strateji əhəmiyyətli ərazilər qaytarmağa kömək edib.

Vaşinqton iranlı generalı Amerika vətəndaşlarına qarşı terror aktlarında iştirakda ittiham edir. Dövlət katibi Con Kerri də yaxın vaxtlarda bildirib ki, Suleymani və “Əl-Qüds” bölməsinə qarşı sanksiyalar İranla nüvə sazişindən sonra da qüvvədə qalacaq.

İddiaya görə, Bəşər Əsəd rejimini xilas etmək üçün Rusiyanın Suriyada başladığı əməliyyatların planını məhz Kasım Süleymani verib. “Reuters” informasiya agentliyinin yazdığına görə, Süleymani ötən ilin iyul ayında Moskvaya etdiyi səfər zamanı Əsədin xilası planının detallarını Rusiya tərəfinə izah edib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR