AB Yunanıstana üç ay vaxt verdi
Bizi izləyin

Dünya

AB Yunanıstana üç ay vaxt verdi

Avropa Birliyi miqrant və qaçqın axını mövzusunda üzərinə düşən vəzifələri yerinə yetirməyən Yunanıstana xəbərdarlıq edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, qurum Yunanıstana vəziyyəti düzəltməsi üçün üç ay vaxt verib.

Qəbul olunan qərar Yunanıstan üçün ultimatum anlamına gəlir. Afina bir ay ərzində problemləri aradan qaldırmaq üçün fəaliyyət planı hazırlamalı və üç ay ərzində planın həyata keçirilməsinə dair hesabatı təqdim etməlidir.

Avropa Birliyi Yunanıstanın xarici sərhədlərə lazımı şəkildə nəzarət etmədiyini bildirir. Afinaya edilən xəbərdarlıqda bildirilir ki, Yunanıstanın üç ay ərzində lazımı addımları atmaması həm Afina, həm də nəzarətsiz sərbəst hərəkətə imkan verən Şengen zonası üçün mənfi nəticələr doğuracaq.

Brüsselin tələblərinin yerinə yetirməyəcəyi halda Afinanın Şengen zonasından kənarlaşdırılması gündəmə gələ bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm