İranda “sevgililər günü” qadağası
Bizi izləyin

Dünya

İranda “sevgililər günü” qadağası

İran hüquq-mühafizə orqanlarının qüvvələrinin “Əmakin İdarəsi” (kafe və ticarət obyektlərinin fəlaliyyətinə nəzarət edən idarə) paytaxt Tehranda və ölkənin digər iri şəhərlərindəki kafe, şirniyyat mağazaları və ticarət obyektlərinə 14 fevral “Sevgililər Günü” mərasimi ilə bağlı mallar satmamaq barədə xəbərdarlıq edib.

Publika.az
xarici mətbuata istinadən xəbər verir ki, ölkədə edilən xəbərdarlıa görə, “Sevgililər Günü” simvollarını əks etdirən güllər, şokoladlar və oyuncaqların satışı, yaxud gənclərin onları bir-birinə hədiyyə etməsi və bu barədə müştərilərə hər hansı bir xidmət göstərilməsi qadağandır.

Xəbərdarlıqda həmçinin qeyd olunur ki, polisin bu qadağasına riayət etməyəm kafe və şiniyyat mağazalarının, eləcə də digər ticarət mərkəzlərinin sahiblərinə qarşı ciddi tədbir görüləcək, məsuliyyətə cəlb edilərək cərimələnəcəklər.

Qeyd edək ki, son 10-15 ildə ölkədə peyk anetnlərindən istifadə edənlərin sayı artdıqca, Qərb ölkələrində olduğu kimi, İranda da gənclər arasında “Sevgililər Günü”nü qeyd etmək bir ənənəyə çevrilib.

Məryəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm