Əsəd: “Hələb əməliyyatının məqsədi Türkiyə...”
Bizi izləyin

Dünya

Əsəd: “Hələb əməliyyatının məqsədi Türkiyə...”

Türkiyə və Səudiyyə Ərəbistanının Suriyaya müdaxilə riski var.

Publika.az xəbər verir ki, bunu Suriya prezidenti Bəşər Əsəd “Frans Press” agentliyinə müsahibəsində deyib.

“Səudiyyə Ərəbistanı və Türkiyənin Suriyaya müdaxiləsi istisna edilmir. Şübhəsiz ki, Suriyanın Hərbi Hava Qüvvələri buna müqavimət göstərəcək”, - Əsəd söyləyib.

Suriya prezidenti ölkə ərazisinin tamamilə azad edilənə kimi əməliyyatların davam edəcəyini, ancaq bunun üçün xeyli vaxt tələb olunduğunu bildirib. O, Hələb ətrafındakı əməliyyatların əsas məqsədinin Türkiyə ilə “terrorçular” arasında əlaqəni kəsmək olduğunu vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm