Dövlət qulluqçusunun 6 il işə gəlmədiyindən xəbər tutan olmadı
Bizi izləyin

Dünya

Dövlət qulluqçusunun 6 il işə gəlmədiyindən xəbər tutan olmadı

İspaniyada dövlət qulluqçusu "azı 6 il ərzində" işə gəlmədiyinə görə 27,000 avro (30,000 dollar) məbləğində cərimə olunub.

Publika.az BBC-yə istinadən xəbər verir ki, Joaquin Garcia-nın iş yerində olmaması yalnız onun uzun müddət qulluğa görə mükafata təqdim edildiyi zaman aşkar edilib. 69 yaşlı qulluqçunun işi çirkab suların emal olunduğu müəssisənin binasına nəzarətçilik etməkdən ibarət olub. O, özünə qarşı irəli sürülmüş ittihamları rədd edərək hədələrə məruz qaldığını bəyan edib.

Onun vəkili bildirib ki, media səhifələrində “linç mühakiməsinə” məruz qaldığından müdafiə etdiyi şəxs gizlənməyə məcbur olub. Ölkənin cənub-şərqindəki Cadiz şəhərinin sakini olan Joaquin Garsianın illik məvacibi vergisiz €37,000 təşkil edib.

Məhkəmə Garsia üçün onun bir illik maaşına bərabər olan cəriməni ödəməli olduğu barədə qərar çıxarıb. Joaquin Garsia məhkəmənin qərarından şikayət ərizəsini şəhər merinə göndərərək ondan qərara yenidən baxılmasını xahiş edib.

İspaniya qəzetləri ona "el funcionario fantasma" – “fantom qulluqçu” adı veriblər .

Joaquin Garsianın işlədiyi su şirkəti onun yerli rəsmilərin nəzarətində olduğunu, yerli rəsmilər isə bunun tam əksini düşünüblər.

Şəhər meri müavini Garsianın iş yerində olmadığını yalnız 20 illik qulluq müddətinə görə, şərəf nişanı təqdim etməyə hazırlaşarkən aşkar edib.

Garsianın özü isə bildirib ki, iş yerində görülməli elə bir iş də olmayıb. Garsianı tanıyanlar İspaniyanın El Mundo qəzetinə deyiblər ki, o, ailəsini dolandırmaq və yeni iş yeri tapa bilməyəcəyi dərdindən işdə olmadığı vaxtları rəhbərliyə bildirməyib.

Tanışlarının sözlərinə görə, Garsia əslində işə gəlib, lakin bütün iş günü ərzində iş yerində olmayıb, boş vaxtlarını isə fəlsəfə mütaliəsinə həsr edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm