Dünya
Səudiyyə XİN: İran terror təşkilatı yaradan ölkədir
“İran dünyanın bir nömrəli terror təşkilatını yaradan
ölkədir”.
Publika.az xarici mətbuata istinadən xəbər
verir ki, bunu Səudiyyə Ərəbəistanının xarici işlər naziri Adil
əl-Cübeyr deyib.
O, İranı region ölkələrinin daxili işlərtinə qarışmaqda, bölgədə terrorizmə dəstək verməkdə və Suriya diktatoru Bəşər Əsədə hərtərəfli yardım göstərməkdə günahlandırıb:
“İran Bəşər Əsəd rejiminin məhvinin qarşısını almaq üçün Əfqanıstan, İraq və Pakistandan muzdlu şiə yaraqlılarını cəlb edib Suriyaya göndərməklə bölgədə dini və etnik ixtilaf və çaxnaşmaları qızışdırır. Bizim heç vaxt İrana qarşı düşmənçilik niyyətimiz olmayıb. Biz heç vaxt İranda dini və etnik ixtilafları qızışdırmağa cəhd göstərməmişik. Biz heç vaxt İran diplomatlarına qarşı terror aktı törətməmiş, bu ölkənin səfirliyinə hücum etməmişik. Biz heç vaxt qaçaqmalçılıq yolu ilə İrana partlayıcı maddələr göndərməmiş, bu ölkədə terrorçu qruplar yaratmamışıq və onlara dəstək verməmişik”.
Adil əl-Cübeyr İranı dünyanın 1 nömrəli terrorçu təşkilatı
sayılan “Hizbullah”ı yaradan ölkə adlandırıb.
“300 mindən çox günahsız insanın ölümünə və 12 milyon nəfərin
didərgin düşməsinə səbəb olan rəhmsiz bir diktatoru süqutdan
qurtarmaq uğrunda vuruşan da məhz İrandır. Əfqanıstan, İraq və
Pakistandan yaraqlı şiələri səfərbər edib Suriya diktatoruna dəstək
məqsədilə bu ölkəyə göndərən ölkə də İrandır. Bəli, bütün bunlar
Səudiyyə Ərəbistanının yox, İranın gördüyü işlərdir”,-deyə nazir
qeyd edib.
Məryəm
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY