Dünyada hər il 5,5 milyon nəfər bu səbəbdən ölür
Bizi izləyin

Dünya

Dünyada hər il 5,5 milyon nəfər bu səbəbdən ölür

Hər il bütün dünyada təxminən 5,5 milyon insan havanın çirklənməsinə görə vaxtından əvvəl dünyasını dəyişir. Bu barədə Amerika Assosiasiyasının elmin irəliləyişi üzrə toplantısında hazırlanan məruzədə deyilir.

Publika.az BBC-yə istinadən xəbər verir ki, elektrik stansiyalarının tullantılarından, zavodların, nəqliyyat vasitələrinin, həmçinin kömürün yandırılması nəticəsində havada meydana çıxan zəhərli mikrozərrəciklərin təsirindən ürək xəstəliklərinin və xərçəng riski ciddi şəkildə yüksəlib.

Tədqiqata əsasən, havanın çirklənməsi az qidalanma, piylənmə, narkotiklərin istifadəsi və təhlükəli seksdən daha çox ölümə səbəb olur.

Havanın çirklənməsi səbəbindən baş verən ölümlərin yarısı Çin və Hindistanın payına düşür.

Vaşinqtonda böyük elmi festivalda öz işlərinin detalları haqqında çıxış edən tədqiqatçılar Çin və Hindistanı zəhərli maddələrin tullantılarını azaltmağa çağırıblar.

Bəzi məlumatlara görə, Çində ildə təxminən 1,6 milyon, Hindistanda isə təxminən 1,3 milyon insan havanın çirklənməsinə görə dünyasını dəyişir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm