Ağzında siqaretlə yatan adam 3 evi yandırdı
Bizi izləyin

Dünya

Ağzında siqaretlə yatan adam 3 evi yandırdı

Spirtli içki qəbul etdikdən sonra evinə gələrək ağzında siqaretlə yatan Ramiz Yalçın 3 evin yanmasına səbəb olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Türkiyənin Bolu bölgəsində baş verib.

Məlumata görə, Ramiz Yalçın adlı şəxs birmərtəbəli evdə tək yaşayıb. Gecə saatlarında sərxoş halda evinə gələrək ağzında siqaretlə yatıb. Xalçanın üzərinə düşən siqaret yanğına səbəb olub. O, yanğının təsirilə özünü çölə atıb. Yanğın nəticəsində 3 ev yanaraq yararsız hala düşüb.

Evlərdə yaşayanlar isə xilasedicilər tərəfindən xilas olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm