Türkiyə Hərbi Hava Qüvvələri hazır vəziyyətə gətirildi – FOTOLAR
Bizi izləyin

Dünya

Türkiyə Hərbi Hava Qüvvələri hazır vəziyyətə gətirildi – FOTOLAR

Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Abidin Ünal və Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı, general Nihat Kökmen Suriya ilə sərhəddə yerləşən hərbi hissələri ziyarət ediblər.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, ilk olaraq ordu generalı Abidin Ünal Hatay vilayətindəki “HAWK” raket sisteminin vəziyyəti ilə yaxından tanış olub. Hərbiçilər qarşısında çıxış edən türk general Türkiyə hava məkanını qoruyan hərbiçilərə xidməti fəaliyyətlərində uğurlar diləyərək, təşəkkürünü bildirib.

Abidin Ünal Hataydakı hərbi hissədən sonra bölgədə xidmət göstərən 208 nömrəli Yeriyən Havadan Müdafiə-Radar Sistemi ilə də yaxından tanış olub. O, bütün radar və müdafiə sistemlərinin düşmən hücumunu vaxtında dəf etmək vəziyyətində olduğunu bəyan edib. Ordu generalı bildirib ki, bölgədəki vəziyyətlə əlaqədar Türkiyənin Hərbi Hava Qüvvələri hərəkətə gətirilib. Daha sonra Abidin Ünal çətin və şərəfli xidməti fəaliyyətlərinə görə hərbi hissələrin şəxsi heyətinə təşəkkürünü çatdırıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm