Arvadına fahişəlik etdirən kişi: "Niyə mən qazanmayım?"
Bizi izləyin

Dünya

Arvadına fahişəlik etdirən kişi: "Niyə mən qazanmayım?"

İki uşağının anasına fahişəlik etdirdiyi ortaya çıxan Orxan.Y saxlanılıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Adana şəhərində baş verib.

Saxlanılan şəxsin nikahsız həyat yoldaşı N.T-i satdığını öyrənən polis əməliyyata başlayıb.

Belə ki, polislər Orxan Y-yə müştəri adı ilə zəng vuraraq qadın istədiklərini bildiriblər. Müştərilərin polis olduğunu başa düşməyən Orxan onları evinə dəvət edib.

Evində polis tərəfindən saxlanılan kişi verdiyi açıqlamada həyat yoldaşının evlilikdən öncə də fahişəlik etdiyini bildirib:

“Onsuz da fahişəlik edirdi. Mən də fikirləşdim ki, əgər edirsə, niyə mən qazanmayım? Həm qoruyuram, həm də pul qazanıram".

Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm