Rusiya İstanbula polis dəstəsi göndərir
Bizi izləyin

Dünya

Rusiya İstanbula polis dəstəsi göndərir

Rusiya fevralın 16-da İstanbulun Şükrü Saraçoğlu İdman Kompleksində baş tutacaq “Lokomotiv Moskva”-“Fenerbahçe” futbol klubları arasındakı oyuna polis dəstəsi göndərəcək.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) açıqlama yayıb.

Məlumata görə, rus polisi İstanbulda Türkiyənin “Fenerbahçe” klubu ilə Rusiyanın “Lokomotiv Moskva” klubu arasında gerçəkləşdiriləcək futbol oyununda mühafizə işinin həyata keçirilməsinə yardım göstərəcək.

Rusiya DİN bəyan edib ki, rus polisinin Türkiyəyə gəlməsi Ankara hökuməti ilə razılaşdırılıb. Razılığa əsasən, rus polisləri “Lokomotiv Moskva” klub heyətinin təhlükəsizliyinin təmin olunması üçün çalışacaqlar. Türkiyənin güc orqanları da rus polisinə dəstək verəcəklər.

Xatırladaq ki, UEFA Avropa Liqasının ikinci turu üçün reallaşdırılacaq “Fenerbahçe” və “Lokomotiv Moskva” oyununun cavab matçı fevralın 25-də Moskvada təşkil olunacaq.

“Lokomotiv Moskva” klubunun tanınmış yarımmüdafiəçisi Dmitri Tarasov son açıqlamasında bildirib ki, təmsil etdiyi klub İstanbula döyüşməyə deyil, oyun oynamağa gedir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm