İran Səudiyyə ilə əməkdaşlığa hazırdır
Bizi izləyin

Dünya

İran Səudiyyə ilə əməkdaşlığa hazırdır

“Suriya məsələsində Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq etməyə hazırıq”.

Publika.az İran mətbuatına istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Almaniyanın Münhen şəhərində təhlükəsizlik məsələləri ilə bağlı keçirilən toplantıda çıxış edərkən deyib.

O bildirib ki, Tehranla Ər-Riyad öz aralarındakı ixtilafları həll edərək regionda bir-biri ilə əməkdaşlıq etməlidir:

“İranla Səudiyyə Ərəbistanı Suriyada ortaq mənafe və maraqlara malikdirlər və elə həmin səbəbə görə də onların bir-biri ilə əməkdaşlıq etməsi vacibdir. Hesab edirik ki, bölgədə həlli mümkün olmayan problem yoxdur. Biz Səudiyyə Ərəbistanı və Türkiyədəki qardaşlarımızla əməkdaşlıq etməklə regiondakı bütün problemləri birlikdə həll edə bilərik. Ümid edirəm ki, Münhendə aparılan müzakirələrdə böyük insani faciəyə gətirib çıxarmış Suriyadakı böhranın aradan qaldırılması üçün məntiqli bir həll yolu tapılacaq və bu problemə son qoyulacaq”.

Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm