Medvedev Rusiyanın Suriya planını AÇIQLADI
Bizi izləyin

Dünya

Medvedev Rusiyanın Suriya planını AÇIQLADI

“Rusiyanın Suriyada vətəndaşları bombaladığına dair hər hansı sübut göstərilməyib”.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiyanın baş naziri Dmitri Medvedev deyib. 50 ölkədən 600 qonağın qatıldığı Münhen Təhlükəsizlik konfransında danışan Medvedev bildirib ki, Rusiya Suriyanın bütövlüyünü qorumağa çalışır:
“Biz Suriyada sülhün hakim olması üçün çalışırıq və fəaliyyətimizi davam etdirəcəyik. Suriyanın bütövlüyünü qorumaq, məzhəblərə görə bölünməsinə imakan vermək lazım deyil. Daha bir Livan, Yəmən və ya Əfqanıstanı qaldıracaq gücü yoxdur dünyanın. Belə bir ssenari bütün Yaxın Şərq üçün fəlakət olacaq. Bizim Suriyada başqa məqsədlərimiz olduğuna dair sözlər deyilsə də, Rusiyanın vətəndaşları bombalaması ilə bağlı heç kim sübut göstərməyib”, - Medvedev əlavə edib.

Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm