• USD 1,7000 0,00% EUR 1,8828 +0,13%
    • GBP 2,2019 +0,23% RUB 0,0266 -0,38%

Misirdə qanunvericilik hakimiyyəti parlamentə keçdi

  • Dünya
  • 14 Fevral 2016 07:01
  • 667 Baxış
Misirdə qanunvericilik hakimiyyəti parlamentə keçdi

Misir Prezidenti Əbdülfəttah əs-Sisi qanunvericilik hakimiyyətinin parlamentə keçməsini elan edib. O, bu barədə yeni Misir parlamentinin Nümayəndələr Palatasının deputatları qarşısında çıxışında bəyan edib.

O deyib: “Mən xalqın elçiləri qarşısında bəyan edirəm ki, qanunvericilik hakimiyyəti azad seçkilər nəticəsində formalaşan parlamentə keçir. Ondan Misir xalqının rifahı və onun inkişafı naminə istifadə edin”.

Dövlət başçısı yeni qanunverici məclisə hədsiz etimad göstərdiyini bildirərək vurğulayıb: “Mən sizə ölkəmizin gələcəyinin ümidi kimi baxıram.

Əbdülfəttah əs-Sisi vurğulayıb ki, son vaxtlar Misirdə xalqın qürur duya biləcəyi bir sıra möhtəşəm layihələr həyata keçirilib.

Misir Prezidenti onu da bildirib ki, Misir demokratik dövlət quruculuğu naminə ölkədə terrorizmə qarşı uğurla mübarizə aparır və bundan sonra da bunun üçün var qüvvəsi ilə çalışacaq. Onun sözlərinə görə, terrorizm Misirdə xaos yaratmağı hədəf götürüb. Lakin ordu və polis terrorçu qruplaşmalara qarşı uğurla mübarizə aparır. Prezident deyib: “Biz demokratik və çiçəklənən dövlət quruculuğu naminə bu mübarizəni davam etdirəcəyik”.

Misir Prezidenti yenə də beynəlxalq birliyi bütün dünyaya təhlükə olan terrorizmə qarşı mübarizədə səyləri birləşdirməyə çağırıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR