Dünya
"Rusiya Türkiyəni və Avropa Birliyini cəzalandırmaq istəyir"
"Rusiya mühacir böhranı yaradaraq Türkiyəni və Avropa Birliyini cəzalandırmaq istəyir".
"Report"un "Anadolu Agenliyi"nə istinadən verdiyi xəbərə görə, bu fikri Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın səsləndirib.
O, bildirib ki, rəsmi Moskva güc yolu ilə Suriyada vəziyyəti öz lehinə dəyişdirmək istəyir. Rusiya diplomatları isə hərbi əməliyyatları ört-basdır etmək üçün səylərini əsirgəmir.
Onun sözlərinə görə, Türkiyə hakimiyyəti hələ iki il əvvəl Suriya münaqişəsinin diplomatik yollarla həllini təklifi etmişdi. Lakin "Rusiya-İran-Bəşər Əsəd" üçlüyü bunun tam əksini edir.
İbrahim Kalın, həmçinin, qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin Qərbin Suriyadaki qətiyyətsizliyi səbəbindən yaranan "strateji boşluğu" doldurmağa çalışır.
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!