• USD 1,7000 0,00% EUR 1,8823 -0,03%
    • GBP 2,1950 -0,31% RUB 0,0266 0,00%

Dmitri Medvedev: “Əsəd ölkədəki siyasi proseslərdən kənarlaşdırılsa...”

  • Dünya
  • 14 Fevral 2016 11:17
  • 1 359 Baxış
Dmitri Medvedev: “Əsəd ölkədəki siyasi proseslərdən kənarlaşdırılsa...”

Rusiya Suriyada yerüstü əməliyyatların aparılmasını dəstəkləmir, çünki xarici quru kontingentin bu əməliyyatlarda iştirakı uzun sürət müharibəyə gətirib çıxaracaq.

Publika.az-ın məlumatına görə, "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Dmitri Medvedev "Euronews" telekanalına müsahibəsində bildirib.

"Mən bu yaxınlarda bu suala artıq bir dəfə cavab vermişəm və bir daha təkrar etmək istəyirəm. Heç kim yeni müharibədə maraqlı deyil. Quru əməliyyatları isə tammiqyaslı, uzun sürən müharibə deməkdir. Məsələyə bu yöndən yanaşmaq lazımdır", -Medvedev qeyd edib.

Baş nazir bildirib ki, Moskva şəxsən prezident Əsədi deyil, "Suriya dövləti ilə dostluq münasibətləri"ni dəstəkləyir: “Bizim mövqeyimiz sadəcə ondan ibarətdir ki, Suriyada Bəşər Əsəddən başqa legitim hakimiyyət yoxdur".

O əlavə edib ki, əgər Əsəd ölkədə gedən siyasi proseslərdən kənarlaşdırılarsa, Suriya xaosa bürünəcək.

Baş nazir belə bir ssenarinin bundan əvvəl Liviyada baş verdiyini xatırladıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR