Türk hərbçiləri Suriyaya girdi
Bizi izləyin

Dünya

Türk hərbçiləri Suriyaya girdi

Türkiyə ordusunun 100 nəfərlik silahlı bir qrupu Suriyaya girib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Röyter” agentliyi yayıb. Əsəd hökuməti də faktı təsdiqləyərək, türkiyəli hərbçilərin Suriyanın şimalına “pikap” avtomobilləri ilə daxil olduğunu söyləyib. Türkiyə hərbçilərinin Azez bölgəsinə silah-sursat apardığı da iddia edilir. Rəsmi Ankara isə hələlik məsələ ilə bağlı heç bir açıqlama yaymır.

Qeyd edək ki, bundan öncə Türkiyə Suriyanın şimalında yerləşən kürd silahlı qruplaşmalarına artilleriya zərbələri endirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm