• USD 1,7000 0,00% EUR 1,8823 -0,03%
    • GBP 2,1950 -0,31% RUB 0,0266 0,00%

İŞİD-in cəlladı baş kəsəndə vuruldu - FOTO

  • Dünya
  • 15 Fevral 2016 04:18
  • 1 495 Baxış
İŞİD-in cəlladı baş kəsəndə vuruldu - FOTO

Britaniyanın xüsusi təyinatlı SAS dəstəsinin snayperi 1200 metrdən atəş açaraq "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının edamlar üzrə təlimatçısı olan cəlladı vurub.

Milli.Az Daily Star-a istinadən bildirir ki, iki həftə əvvəl Suriyanın şimalında keçirilmiş əməliyyat barədə indi məlumat verilir.

Təlimatçı-cəlladın koordinatları barədə SAS kommandoslarına informasiyanı Britaniyanın Mİ6 kəşfiyyat xidməti verib. Məlumatda bildirilirdi ki, cəlladın edam "dərs"ləri keçdiyi düşərgə kənd məktəbinin yaxınlığındadır.

Dinc əhali arasında tələfata yol verməmək üçün aviazərbələrdən istifadə olunmayıb, bunun əvəzində SAS-ın iki qrupu ilə əməliyyat keçirilməsinə qərar verib.
Cəllad bıçaq, balta və ya qılıncla baş kəsməyin "incəlik"lərini göstərəndə snayper atəş açıb.
Britaniyalı snayper İsrail istehsalı olan "Dan.338" tüfəngindən istifadə edib.

Əməliyyatdan sonra kommandoslar İraq ərazisinə qayıdıblar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR