Nazir təsdiqlədi: türk ordusu PKK-nı “Fırtına” ilə vurdu – FOTOLAR
Bizi izləyin

Dünya

Nazir təsdiqlədi: türk ordusu PKK-nı “Fırtına” ilə vurdu – FOTOLAR

Türkiyənin müdafiə naziri İsmət Yılmaz ötən gündən başlayaraq Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı PYD terrorçularına qarşı artilleriya silahlarından atəş açılması məsələsinə münasibət bildirib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, nazir İsmət Yılmaz Türkiyə ordusunun PYD terrorçularına qarşı “Fırtına” özüyeriyən toplardan istifadə edildiyini etiraf edib: “Ötən gün və bu gün 4 ayrı nöqtəyə artilleriyadan atəş açılıb. İlk atəşi terrorçular açıblar və biz onlara cavab vermişik. Hələlik Türkiyə tərəfi heç bir itki verməyib. Bilirsiniz ki, bir neçə gün öncə PYD və PKK terrorçuları tərəfindən Türkiyə ərazisinə, hava limanına iriçaplı minaatanlarla dəfələrlə atəş açılıb. Hərbi qaydalara uyğun olaraq da ölkəmizə qarşı atəş açanlara artıqlaması ilə cavab verilməlidir və verilir. Bunun üçün də Maranaz, Sicarnaz və Minak hava limanı, Tel Rıfat və Şafarikat bölgələri terrorçuların hücumlarına məruz qalıb. Türkiyə ordusu isə onlara “Fırtına” artilleriya silahlarından atəş açıb”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm