Roqozin: “Bu haqda danışıqlar belə getmir”
Bizi izləyin

Dünya

Roqozin: “Bu haqda danışıqlar belə getmir”

Rusiya İraqda hərbi əməliyyatlar həyata keçirməyi nəzərdə tutmur.

Publika.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Dmitri Roqozin “Kommersant” nəşrinə bildirib.

Onun sözlərinə görə, bu haqda danışıqlar belə getmir. Bundan başqa, baş nazirin müavini qeyd edib ki, İraq Bağdadda terrorçuluğa qarşı koordinasiya mərkəzinin rolunun gücləndirilməsinə böyük əhəmiyyət verir. Roqozin Rusiyanın da koordinasiya mərkəzinin işində iştirak etdiyini xatırladıb.

Roqozin bildirib ki, Rusiya İraqa silahla kömək edir. Onun sözlərinə görə, İraq rəhbərliyi ərəb dünyasında Rusiyaya sərt təbliğatdan narahatdır.

“Guya bizim aviasiyamızın zərbələri Suriyada dinc əhali arasında insan itkilərinə gətirib çıxarır”, - baş nazirin müavini vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm