İŞİD-ə ağır zərbə: 16 lider öldürüldü
Bizi izləyin

Dünya

İŞİD-ə ağır zərbə: 16 lider öldürüldü

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya güclərinin təşkil etdiyi hava hücumunda İŞİD terror təşkilatına ağır zərbə vurulub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İraqın Ramadi şəhərinin 23 kilometrliyində yerləşən Kertan bölgəsində təşkil edilən hücumda təşkilatın Ziya Adil Halil el-Akavi adlı lideri ilə onun 15 köməkçisi öldürülüb.

Ənbar vilayətində İraq ordusunun əməliyyatlarına başçılıq edən İsmayıl əl-Mahlavi İŞİD-in qərargahının məhv edildiyini deyib.

Eyni vaxtda paytaxt Bağdadın müxtəlif bölgələrində təşkil edilən terror aktlarında 7 nəfər həyatını itirib, 17-si yaralanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm