Rusiyadan ABŞ-a təhdid: “Əgər...”
Bizi izləyin

Dünya

Rusiyadan ABŞ-a təhdid: “Əgər...”

“Kerrinin açıqlamalarını oxudum. Əgər uzunmüddətli müharibə istəyirlərsə, quru əməliyyatlarına başlaya bilər”.

Publika.az xəbər verir ki, bunu Suriya münaqişəsini və ABŞ-ın dövlət katibi Con Kerrinin açıqlamalarını şərh edən Rusiyanın baş naziri Dmitri Medvedev “Euronews” kanalına müsahibəsində deyib.

Qeyd edək ki, Con Kerri koalisiya üzrə müttəfiqləri ilə Suriyada quru əməliyyatlarına başlaya biləcəyini bildirib. Medvedevin sözlərinə görə, Suriyada quru əməliyyatları uzunmüddətli müharibə deməkdir.

“Ancaq kimsəni qorxutmağa ehtiyac yoxdur. Mən bir daha təkrar edirəm, kimsə yeni bir müharibə istəmir. Ancaq quru əməliyyatları üzunmüddətli müharibə anlamına gəlir. Bunu başa düşmək lazımdır”, - Rusiya hökumətinin başçısı vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm