İrandan xəbərdarlıq: Bəşər Əsəd istəsə...
Bizi izləyin

Dünya

İrandan xəbərdarlıq: Bəşər Əsəd istəsə...

“Əgər Bəşər Əsəd və onun hökuməti istəsə, İran bütün gücü ilə Suriyanın hava məkanını müdafiə edib qoruyacaq. Hesab edirik ki, Səudiyyə Ərəbistanının Suriya hökuməti ilə koordinasiya etmədən bu ölkəyə müdaxiləsi rüsvayçılıqdan başqa bir şey olmayacaq. Səudiyyə Ərəbistanı Suriyaya hərbi qüvvə göndərmək və bu ölkənin daxili işlərinə müdaxilə etmək əvəzinə Yəməndə qan tökməyi və uşaq qırğınını dayandırmağı yaxşı olar”.


Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bunu İran ordusunun “Xatəm ül Ənbiya” hava hücumundan müdafiə qərargahının komandanı Fərzad İsmayili deyib.

O bildirib ki, İranın Suriyaya göndərdiyi qüvvələr, Əsəd hökumətinə hərbi məsləhətçilər kimi yardım edirlər və lazım olsa, bu yardımı daha da genişləndirə bilərlər.

Qeyd edək ki, İran rəsmisinin açıqlaması Səudiyyə Ərəbistanının öz qırıcılarını Türkiyənin “İncirlik” hərbi bazasına göndərməsi barədə məlumat yaymasından bir gün sonraya təsadüf edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm