İsrail İran və Rusiyaya qarşı – Təl-Əviv sünni ərəb ölkələri ilə...
Bizi izləyin

Dünya

İsrail İran və Rusiyaya qarşı – Təl-Əviv sünni ərəb ölkələri ilə...

İsrail Suriyadakı vəziyyətlə bağlı bəzi sünni ərəb ölkələri ilə strateji əlaqələri inkişaf etdirməyə hazırdır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Moşe Yaalon İsrailin dövlət radiosuna açıqlamasında deyib.

Münhen Təhlükəsizlik Konfransında iştirak edən israilli nazir Suriyada əldə edilən atəşkəs razılaşması ilə bağlı pessimist olduğunu bildirib. İsrailin Suriya böhranına “müdaxilə etməmək” siyasəti həyata keçirdiyini deyən Yaalon İsrailin suverenliyi də daxil olmaqla “qırmızı xətt”lərin olduğunu söyləyib.

“Suriyadakı vəziyyətlə bağlı bəzi sünni ərəb ölkələri ilə birgə strategiyanı həyata keçirməyə hazırıq. Hazırda birbaşa ünsiyyət imkanları yoxdur. Amma bəzi körfəz və Şimali Afrika ölkələri ilə ortaq mənfəətlərimiz var”, - İsrailin müdafiə naziri qeyd edib.

Sünni dünyasının ən önəmli ölkələrindən olan Səudiyyə Ərəbistanı isə son illərin ən böyük hərbi təlimlərini keçirəcək. “Ra'du'ş Şimal” (“Şimalın göy gurultusu”) adı ilə təşkil edilən təlimlərə 20 ərəb və islam ölkəsi qatılacaq. Həmin ölkələrin hərbi birlikləri yaxın günlərdə Səudiyyə Ərəbistanına gələcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm