Davudoğlu DANIŞDI: “Onlar Rusiya siyasətinin alətidir”
Bizi izləyin

Dünya

Davudoğlu DANIŞDI: “Onlar Rusiya siyasətinin alətidir”

Türkiyənin baş naziri Əhməd Davudoğlu Suriyanın Azez şəhərində YPG-yə (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı) qarşı həyata keçirilən əməliyyatları şərh edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, baş nazir müxalifət güclərinin Azezi itirməsinə imkan verməyəcəklərini deyib.

“Bu gün Türkiyədə PKK, Suriyada isə YPG Rusiyanın alətidir. Bu təşkilatlar Rusiyanın həyata keçirdiyi siyasətin piyadalarıdır. Bunu həm Türkiyə, həm də beynəlxalq ictimaiyyət başa düşməlidir. Suriya rejiminin dəstəklənməsində Rusiyanın ən güclü aləti YPG-dir. Buna görə də YPG-ni Suriyada bir oyunçu olaraq görmək mümkün deyil. YPG digər tərəfdən Suriya rejiminin alətidir. Rusiyanın piyadası özünü İŞİD-ə qarşı mübarizədə qanuniləşdirməyə çalışır. Azez və ətrafında İŞİD varmı? Yox. Hələbin şimalında İŞİD varmı? Yox. Orada nə axtarırlar?”- Türkiyə hökumətinin başçısı söyləyib.

Əhməd Davudoğlunun sözlərinə görə, YPG-nin Rusiyanın bir aləti olduğu gerçəyi qəbul olunmasa, qarşıya daha böyük çətinliklər çıxacaq: “Hələb -Türkiyə dəhlizini Azez üzərindən YPG ilə bağlamağa, sonrakı mərhələdə isə Azezin şərqinə keçməklə Kobanidən gələn YPG ilə birləşmək istəyirlər. Bu məsələdə Türkiyənin mövqeyi lap əvvəldən bəllidir. YPG Fərat çayının qərbinə, Afrinin də şərqinə keçməyəcək. Burada mötədil müxalifət var. Mötədil müxalifəti dəstəkləmək Suriyada siyasi həllin müvəffəqiyyətlə başa çatması üçün bir şərtdir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm