Avropa Birliyindən Türkiyəyə ÇAĞIRIŞ: “Atəşi dayandırın”
Bizi izləyin

Dünya

Avropa Birliyindən Türkiyəyə ÇAĞIRIŞ: “Atəşi dayandırın”

Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Türkiyənin Suriyadakı PKK terrorçularına qarşı artilleriya zərbəsi endirməsinə görə Ankara hökumətinə çağırış edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Avropa Birliyi rəsmisi çağırışında deyir ki, Türkiyə Suriyada PKK güclərinə qarşı hərbi əməliyyatları təcili dayandırmalıdır.

O, Suriyada atəşkəsin əldə edilməsi ilə bağlı razılığa gəlindiyini və bütün tərəflərin buna əməl etməsinin vacibliyini vurğulayıb: “Bir neçə gün öncə Türkiyə də daxil olmaqla, bütün tərəflər bir masa ətrafına oturub Suriyada döyüşlərin dayandırılması üçün atılacaq addımları birgə müzakirə etmişik. Ancaq son günlər baş verənlər bizim gözləmədiyimiz addımlardır. Türkiyəyə çağırışım odur ki, Suriyada PYD-yə qarşı artilleriya atəşini dərhal dayandırsın”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm