
Ukraynada səfərdə olan Türkiyənin Baş naziri Əhməd Davudoğlu Rusiya təhlükəsi haqda danışıb.
Publika.az xəbər verir ki, Suriyada proseslərə
toxunan Ə. Davudoğlu Türkiyənin Suriya torpaqlarında işğalçı kimi
iştirak etmədiyini bildirib.
Daha sonra Türkiyə Baş naziri Rusiyanın təhdidləri qarşısında
Azərbaycanın da təhlükə altında olduğunu vurğulayıb.
“Gürcüstan, Suriya və Ukrayna torpaqları Rusiya təhdidi ilə üz-üzə
qalıb. Əslində Rusiya Ermənistana dəstək verdiyi üçün Azərbaycan da
təhlükə altında qalıb”, - deyə o bildirib.
Asif