S-300-lər yola çıxdı
Bizi izləyin

Dünya

S-300-lər yola çıxdı

S-300 zenit-raket sistemlərinin İrana çatdırılması üçün Rusiya və İran arasında aparılan danışıqlar başa çatıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabir Ənsarı mətbuat konfransında deyib.

Onun sözlərinə görə, zenit-raket sistemləri İrana çatdırılması üçün artıq yola çıxıb.

Qeyd edək ki, S-300-lərin satışı ilə bağlı razılaşma 2007-ci ildə imzalanıb. 2010-cu ilin sentyabr ayında Rusiyanın dövlət başçısı Dmitri Medvedev BMT Təhlükəsizlik Şurasının sanksiyalarına uyğun olaraq razılaşmasının icrasını təxirə salıb.

2015-ci ilin aprel ayında - İranın nüvə proqramı ilə bağlı ilkin razılaşma əldə olunduqdan sonra Rusiya prezidenti Vladimir Putin S-300-lərin satışına icazə verən qərarı imzalayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm