Kiyev “Krım”dan imtina etdi
Bizi izləyin

Dünya

Kiyev “Krım”dan imtina etdi

Ukraynanın Təhlükəsizlik Xidməti “Krım” batalyonu adlı qanunsuz silahlı birləşməyə qarşı “terror aktı” maddəsi üzrə cinayət işinin araşdırılmasına başlayıb.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu barədə Kiyev prokurorluğunun mətbuat xidmətindən bildirilib.

Prokurorluq dəqiqləşdirib ki, qruplaşmanin sərəncamında avtomatik silahlar və partlayıcı maddələr var. Qanunsuz silahlı birləşmənin üzvlərinin yaşadıqları mənzillərdə aparılan axtarışların gedişatında 8 tapança, 12 pulemyot, 6 avtomat və silahlar, o cümlədən narkotik vasitələr və böyük miqdarda döyüş sursatı aşkarlanıb.

2014-cü ildə formalaşdırılan “Krım" batalyonu Donbas hövzəsində münaqişədə iştirak edib. Krım sakinlərindən (çoxu müsəlman idi – red.) təşkil edilən batalyon 2014-cü ildə İlovaysk döyüşlərində böyük itkilərlə üzləşib. 2015-ci ilin iyulunda batalyonun komandiri İssa Akayev bildirib ki, onun rəhbərlik etdiyi birlik leqallaşacaq və Ukrayna Silahlı Qüvvələrinin tərkibinə daxil olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm