• USD 1,7000 0,00% EUR 1,8701 -0,13%
    • GBP 2,1822 -0,10% RUB 0,0264 -0,38%

Kilsə borcunu dua edərək ödəyəcək

  • Dünya
  • 16 Fevral 2016 08:33
  • 554 Baxış
Kilsə borcunu dua edərək ödəyəcək

Rusiyanın Nijni Novqorod şəhərindəki pravoslav kilsəsi bir şirkətə olan borcunu dua ilə ödəyəcək.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, kilsə 916 min rubl (təxminən 11.500 dollar) olan borcunun yarısını ödəyə bilmədiyi üçün şirkət tərəfindən məhkəməyə verilib.

Ancaq şirkət səlahiyyətlilərinin dindar olması kilsəni xilas edib. Məhkəmədə üz-üzə gələn tərəflər borcu 258 min rublun nağd şəklində ödənilməsi üçün razılaşıblar. Kilsə borcun digər hissəsinı şirkətin səlahiyyətliləri və ailələri üçün dua etməklə ödəyəcək.

Kilsənin hüquq şöbəsinin səlahiyyətliləri borcun dua şəklində ödənilməsi ideyasının şirkətdən gəldiyini bildiriblər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR