Putin qəzəblənəcək - Merkel Ankaranın ideyasını dəstəklədi
Bizi izləyin

Dünya

Putin qəzəblənəcək - Merkel Ankaranın ideyasını dəstəklədi

Almaniya kansleri Angela Merkel Suriyada uçuşa qadağan bölgənin yaradılması ideyasını dəstəkləyib.

Publika.az xəbər verir ki, kansler “Stuttgarter Zeitung” nəşrinə müsahibəsində uçuşa qadağan bölgənin yaradılmasına müsbət baxdığını bildirib.

“Suriyada hava hücumlarının olmadığı bir ərazidə uçuşa qadağan bölgə yaradılsaydı, faydalı olardı. Amma İŞİD-lə bunu heç bir şəkildə müzakirə etmək mümkün deyil. Anti-Əsəd koalisiyası və Əsədin tərəfdarları arasında belə bir razılaşma əldə etmək mümkün olsaydı, faydalı olardı”, - Merkel deyib.

Merkel Suriyadakı vəziyyəti “mürəkkəb” adlandırıb və vurğulayıb ki, vəziyyətin həlli üçün bütün diplomatik səylərə təşəbbüs etmək lazımdır. “Amma onu bel bağlamaq olmaz ki, sabah hər şey bitəcək”, - kansler qeyd edib.

Qeyd edək ki, Suriyada uçuşa qadağan bölgənin yaradılması ideyası ilə Türkiyə çıxış edib. Rusiya, İran və Suriya buna qarşı çıxır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm