• USD 1,7000 0,00% EUR 1,8823 -0,03%
    • GBP 2,1950 -0,31% RUB 0,0266 0,00%

İran XİN: Suriya böhranının hərbi yolla həlli mümkün deyil

  • Dünya
  • 16 Fevral 2016 10:22
  • 587 Baxış
İran XİN: Suriya böhranının hərbi yolla həlli mümkün deyil

İranın xarici işlər naziri (XİN) Cavad Zərif Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Federica Mogherini ilə görüşüb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, görüş zamanı əsas müzakirə mövzusu Suriya böhranı ilə bağlı olub.

İranlı nazir bildirib ki, Suriya böhranının hərbi yolla həlli mümkün deyil. Onun sözlərinə görə, bunu bütün tərəflər artıq qəbul etməlidir:

“Münhendə razılaşdığımız əsas məsələ Suriyada atəşkəsin təmin edilməsidir. Bəzi regional maraqlı ölkələrin yenidən bir araya gələrək Suriya böhranının həllinə qarşı addım atması bizi qane edə bilməz. Bəşər Əsədin prezidenti olduğu Suriya böhranının həlli hərbi yollarla ola bilməz. Bunu bütün tərəflər qəbul etməli və anlamalıdır. Suriyada atəşkəsin təmin olunması üçün ilk növbədə buna əməl edilməlidir”.

Cavad Zərif qeyd edib ki, İran Suriyada terror təşkilatlarına, xüsusilə də “Əl-Nüsra” və İŞİD-ə qarşı döyüşlərin davam etdirilməsinə qərar verib.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR