Beşmərtəbəli bina çökdü, ölənlər var
Bizi izləyin

Dünya

Beşmərtəbəli bina çökdü, ölənlər var

Rusiyanın Yaroslavl şəhərində beşmərtəbəli yaşayış binasında güclü partlayış baş verib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, mənzillərdən birində baş verən partlayış nəticəsində binanın bir bloku çöküb.

İlkin məlumata görə, hadisəyə məişət qazının partlaması səbəb olub. Yaroslavl vilayətinin qubernatoru Sergey Yastrebov jurnalistlərə açıqlamasında ölənlərin sayının 4-ə çatdığını bildirib. Daha əvvəl 3 nəfərin həyatını itirdiyi açıqlanmışdı.

Hazırda dağıntıların altında olan insanların çıxarılması üçün iş aparılır. Dağıntıların altında neçə nəfərin qaldığına gəlincə, qubernator dəqiq rəqəm söyləməyib. Onun sözlərinə görə, dağılan mənzillərdə 17 nəfərə qədər insan qalır. Lakin sakinlərin informasiyasına görə, mənzillərin əksəriyyəti boş olub.

“İşlər davam edir, kinologiya xidməti işləyir. Uçqunun altında insanların olması dəqiqdir”, - Fövqəladə Hallar Nazirliyinin region bölməsinin mətbuat katibi Mixail Zverev bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm