Türkiyədən 500 döyüşçü Suriyaya keçdi
Bizi izləyin

Dünya

Türkiyədən 500 döyüşçü Suriyaya keçdi

İŞİD-in Kobaniyə hücumları zamanı PYD-ni qoruyan müxalif güclər bu dəfə Azez mahalını təhdid edən PYD ilə döyüşmək üçün Türkiyədən Suriyaya keçib.

Publika.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, Azad Suriya Ordusunun döyüşçüləri və Şimali İraqdan gələn peşmerge gücləri PYD-yə qarşı döyüşəcək.

Hələb-Türkiyə yolunu qorumaq və PYD-in silahlı qanadı olan YPG-nin Şimali Suriyada irəliləyişini dayandırmaq üçün bölgəyə döyüşçü göndərən qruplardan biri də “Feylak-ı Şam” qrupudur. Suriyada “İhvan-ı Müslimin Təşkilatı” (Müsəlman Qardaşlar) adı ilə tanınan “Feylak-ı Şam” İdlibdə yerləşdirdiyi təxminən 500 döyüşçüsünü Cilvegözü sərhəd keçid məntəqəsindən Azez bölgəsinə göndərib.

Döyüşçülərin Suriyaya keçməsi Türkiyənin razılığı və müşayiəti ilə olub. Qrupun istifadə etdiyi silahlar da İdlibdən Azezə aparılıb. Hələb və İdlibin şimalında döyüşən “Feylak-ı Şam”ın təxminən 2500 döyüşçüsünün olduğu deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm