Saakaşvili: “Cərrah kimidir, sarğı istəyəndə əlini kəsmək istəyir”
Bizi izləyin

Dünya

Saakaşvili: “Cərrah kimidir, sarğı istəyəndə əlini kəsmək istəyir”

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Kiyevi Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığı dayandırmağa çağırıb.

Publika.az xəbər verir ki, Gürcüstanın sabiq prezidenti bu haqda “Era” radiostansiyasının efirində bildirib.

“Bizim üçün mükəmməl vəziyyət o olardı ki, Beynəlxalq Valyuta Fondu Ukraynada ümumiyyətlə olmasın. Biz Beynəlxalq Valyuta Fondunu Gürcüstandan çıxardıq. Allaha şükür ki, qurtuldular”, - Saakaşvili qeyd edib.

Onun sözlərinə görə, fond ölkə hökumətinin hərəkətlərinə daim nəzarət edir və onun fəaliyyətinə mənfi təsir göstərir: “Beynəlxalq Valyuta Fondu cərrah kimidir. Sən fonddan barmağın üçün sarğı istəyəndə “Sarğı nəyə lazımdır? Gəl bütün əli kəsək” deyir. Buna risk etməyəcəyik”.

Beynəlxalq Valyuta Fondunun direktoru Kristina Laqard fevralın 10-da bildirib ki, Ukrayna korrupsiya ilə mübarizədə ciddi irəliləyişə nail ola bilməyib: “Buna görə də Ukraynaya maliyyə yardımı proqramı dayandırıla bilər. Mən Ukraynada korrupsiya ilə mübarizədə irəliləyişin yavaş olmasından narahatam. Belə vəziyyətdə Beynəlxalq Valyuta Fondunun dəstəyinin davam edəcəyini və proqramın müvəffəqiyyətli ola biləcəyini fərz etmək çətindir”.

Bir gün əvvəl isə Ukraynanın maliyyə naziri Natalya Yaresko qeyd edib ki, Beynəlxalq Valyuta Fondu ölkəyə kreditin verilməsi ilə bağlı gözləmə mövqeyi tutub. Nazir bildirib ki, fond ölkə hökumətinin onun şərtlərini yerinə yetirməyə hazır olduğuna əmin deyil.

Ukraynaya dəstək üzrə Beynəlxalq Valyuta Fondunun qəbul etdiyi proqramın ümumi həcmi 17,5 milyard dollardır. Kiyev 2015-ci ildə beynəlxalq maliyyə qurumundan 6,7 milyard dollar alıb və ilin sonuna kimi daha 1,7 milyard dolların verilməsi gözlənilirdi. Amma fond pulun verilməsini təxirə salıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm