Hələb itirilsə, nələr baş verəcək? – Rusiya və ABŞ...
Bizi izləyin

Dünya

Hələb itirilsə, nələr baş verəcək? – Rusiya və ABŞ...

Suriyada rejim gücləri Hələbi geri almaq üçün şəhərin şimalında əməliyyata başlayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, şəhər itiriləcəyi halda Suriyadakı müharibənin taleyi də böyük ölçüdə həll edilmiş olacaq.

Hələb rejimin əlinə keçəcəyi halda aşağıdakı hadisələr baş verəcək.

1. Hələb itirilərsə, rejim əleyhinə olan üsyanın nüvəsi çökəcək.

2. Müxalifət güclərinin əsas tədarük xətti bağlanacaq. Suriyada vətəndaş müharibəsi dövründə ən böyük humanitar fəlakət baş verəcək.

3. Rejim Hələbi ələ keçirərsə, İdlib istisna olmaqla “Əsas Suriya”, yəni Qərbi Suriyadakı hakimiyyətini gücləndirəcək. Hələbdən Hama, Xüms və Dəməşqə qədər uzanan xəttə rejim gücləri nəzarət edəcək.

4. Hələbin itirilməsi ABŞ və müttəfiqləri üçün böyük itki olacaq. Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər və İordaniya Rusiya-İran müdaxiləsi qarşısında məğlub vəziyyətinə düşəcək. ABŞ da Yaxın Şərq siyasətində Rusiyaya uduzacaq.

5. Hələbdən qaçqın axını bu problemi həll etməkdə çətinlik çəkən Türkiyə və Avropanı daha çətin vəziyyətə qoyacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm