Rus kəşfiyyatı etiraf etdi: Türk izi yoxdur
Bizi izləyin

Dünya

Rus kəşfiyyatı etiraf etdi: Türk izi yoxdur

Rusiya Federal Təhlükəsizlik Xidməti A321 təyyarəsinin vurulmasında Türkiyənin iştirakı versiyasından imtina edib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Federal Təhlükəsizlik Xidmətinin başçısı Aleksandr Bortnikov terror aktında türk izi görmədiklərini deyib.

“Koqalımavia” aviaşirkətinə məxsus Rusiyanın A321 sərnişin təyyarəsi 31 oktyabr 2015-ci ildə Misirin Sinay yarımadasının üzərində partlayıb. Rusiya hakimiyyəti olayın terror aktı olduğunu elan edib.

Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə 17 noyabr 2015-ci ildə keçirilən müşavirədə Aleksandr Bortnikov bildirib ki, qəzaya trotil ekvivalenti 1 kiloqram olan əldəqayırma partlayıcı qurğunun partlaması səbəbi olub.

Federal Təhlükəsizlik Xidmətinin ekspertləri isə ötən ay terror aktında “İslam dövləti” terror birləşməsi ilə “əlaqəli olan türk milliyətçi qruplaşmasından” şübhələndiklərini bildiriblər. Qurumun ekspertlərinin fikrincə, bu terror aktında “Boz qurd”ların əli var. Rusiyanın “Kommersant” nəşri iddia edib ki, “Boz qurd”un özəkləri bir çox ərəb ölkələrində, o cümlədən Misirdə fəaliyyət göstərir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm