Rusiya geri çəkildi: “Türk əsgərləri ilə döyüşməyəcəyik”
Bizi izləyin

Dünya

Rusiya geri çəkildi: “Türk əsgərləri ilə döyüşməyəcəyik”

“Türkiyə ilə hərbi qarşıdurmadan söhbət gedə bilməz”.

Publika.az xəbər verir ki, bunu “RİA-Novosti” agentliyinə açıqlamasında Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin başçısı Viktor Ozerov deyib.

“Türkiyə Suriyadakı Rusiya əsgərlərini vurmur. Rusiya əlaqələri daha da çətinləşdirməmək üçün digər ölkələrin əsgərləri ilə qarşıdurmaya getməyəcək”, - Ozerov bildirib.

Komitə başçısı söyləyib ki, Suriya BMT Təhlükəsizlik Şurasına müraciət edəcəyi halda Moskva Türkiyənin hücumları ilə bağlı fikrini ifadə edəcək.

Amma Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçev Türkiyənin Suriyaya girəcəyi halda qarşısında İran və Rusiyanı görəcəyini deyib. Dünən RİA-Novosti”yə danışan komitə sədri bildirib ki, Türkiyə Suriyaya daxil olarsa, İran ilə böyük bir müharibə başlayacaq. O, ən pis ssenarinin isə Türkiyənin Rusiya ilə qarşılaşmasının olacağını vurğulayıb.

Konstantin Kosaçev deyib ki, Rusiya son aylarda silahların gücünü Suriyada sübut edib və onlardan istifadə etməkdən çəkinməyəcəyini hər kəsə göstərib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm